Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT

Bu gün, 12:28           
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bakının mərkəzində - “Bayırşəhər məhəlləsi” adlanan ərazidə söküntünün dayandırılması üçün sakinlər hüquqi müstəvidə mübarizəyə başlayıb. “Təzə pir” məscidinin ətrafında yaşayan sakinlər bir müddətdir bu ərazidə başlayan söküntünün dayandırılmasını tələb edir.
"DİA-AZ" xəbər verir ki, sakinlər Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Onlar Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, həmçinin Nizami küçəsilə Mirzağa Əliyev küçələrinin arasında yerləşən ərazinin sökülməsi və oradakı tikililərin mülkiyyətçilərdən satın alınması barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğvini tələb edirlər. Sakinlər bildirirlər ki, bu sərəncam qanunsuzdur.

“Qarşı tərəfin nümayəndələri mülkiyyətimizdə olan evlərin qanunsuz söküntüsü üçün bizə mənəvi və psixoloji təsir göstərir, hədələyir. Bu isə mülkiyyət hüququmuzun açıq-aşkar pozulmasıdır”, - deyə iddia ərizəsində yazıblar.

Qeyd edək ki, sakinlərin şikayətinə Bakı İnzibati Məhkəməsində baxılır.

Sakinlərin bildirdiyinə görə, onların evlərinin hər kvadrat metrinə görə 2700 manat kompensasiya təklif olunur. Qeyri-yaşayış sahələrinin (obyektlər) hər kvadrat metrinə görə isə təklif olunan məbləğ 3000 manatdır. Bu məbləğ də vətəndaşları qane etmir. Onlar bildirir ki, yaşadıqları ərazidə evlərin bazar qiyməti bundan xeyli yüksəkdir.

Bundan başqa, ümumiyyətlə, evindən köçmək istəməyən, həmin ərazidəki tikililərin sökülməsinə etiraz edən vətəndaşlar da kifayət qədərdir. Onlar bildirirlər ki, sözügedən ərazidə 180-ə qədər tarixi abidə yerləşir. Onların arasında tarixi məscidlər, hamamlar, görkəmli şəxsiyyətlərin ev muzeylərini sadalamaq olar.

Dövlət qurumları həmin ərazidə park və süni göl salınacağını bəyan edib.

"DİA-AZ" olaraq qeyd edək ki, əslində sakinlərin hədəf kimi Bakı Şəhər İcra Hakimiyyətini seçməsi sırf texniki xarakter daşıdığından əslində bu işin arxasında dayanan qüvvələrin enində-sonunda hədəfə çevriləcəyi şəkksizdir. Burada söhbət bütün bu söküntü prosesinin arxasında dayanaraq maliiyə işlərini yürüdən qurumdan və daha dəqiqi, bu quruma rəhbərlik edən şəxsdən - Maliyyə Nazirliyinin sabiq aparat rəhbəri, hal-hazırda isə Bakının dövlət ehtiyacı adı altında söküntüsü ilə bağlı məşğul olan və Bakı şəhər icra hakimiyyətinin yanında yaradılmış Komissiyada maliyyə işlərini həyata keçirən Cavanşir Yusifovdan gedir.

Yəni sakinləri narazı salan maliyyənin azlığıdırsa, bu məsələ ilə bağlı ən sonuncu sorumlu elə "Baksovet"dir, əsas cavabdeh olan Cavanşir Yusifov isə nəhayətdə cavab verməli olacaq. Hər halda, görünəni odur ki, sakinlər öz hüquqlarını sona qədər müdafiə edəcək və nıəhayətdə əsas cavabdeh ortaya çıxmalı olacaq ki, sakinlərin hansısa kütləvi etirazının qarşısı alınsın. Belə bir etiraz aksiyalarına Bakı bir neçə dəfə şahidlik edib və hələ o zaman "Sovetski" sakinləri məhz "yuxarı" orqanların müdaxiləsi ilə tələblərinin icrasına nail olmuşdular. İndi isə "yuxarıların" prosesə bəri başdan müdaxiləsi vacibdir ki, Cavanşir Yusfiov kimilərinin tamahı ucbatından xalqın dövlətə olan inamı sarsılmasın...

Məsələ diqqətimizdədir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru