Saakaşvili ofisini çadıra köçürdü – Qərar

5-06-2016, 17:41           
Saakaşvili ofisini çadıra köçürdü – Qərar
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili gələn həftədən öz kabinetini Odessa-Reni magistral yoluna köçürəcək.

Axar.az xəbər verir ki, Saakaşvili bunu özünün Feysbuk səhifəsində yazıb.

Buna səbəb qubernatorun Odessa-Reni yolunda aparılan işlərdən narazı olmasıdır.

“Odessa-Reni yolunda aparılan işlərə baxdım. İşlərin nə intensivliyi, nə də maliyyənin ölçüsü məni qane edir. Çərşənbə axşamı bu məsələni müzakirə etmək üçün Baş nazirlə görüşəcəm. Mən Qroysmana çox ümid edirəm, lakin buna baxmayaraq, gələn həftədən mən kabinetimi Odessa-Reni yoluna köçürəcəm”, - Saakaşvili yazıb.

O bildirib ki, bütün iş görüşləri və qəbulları çadırda keçirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.