ABŞ prezidenti Donald Tramp terrorizmi bəşəriyyət üçün təhlükə adlandıraraq, onun üzərində qələbə çalacağını vəd edib.
“Terrorizm bütün bəşəriyyət üçün təhlükədir. Birlikdə bu təhlükənin qarşısını ala bilərik. Və qalib gələcəyik”, - deyə Tramp ABŞ-ın İtaliyadakı hərbi bazada çıxışı zamanı bildirib.
“İctimaiyyət terrorçuları darmadağın edərək, onların zəbt etdiyi əraziləri geri qaytaracaq”, - deyə Tramp qeyd edib.