Serbiya paytaxtında güclü partlayış baş verib

28-05-2017, 09:02           
Serbiya paytaxtında güclü partlayış baş verib
Serbiya paytaxtının Novıy Belqrad rayonunda güclü partlayış baş verib. APA-nın xəbərinə görə, bu barədə yerli b92 xəbər portalı məlumat yayıb.

Serbiya DİN-nin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbləri hələlik məlum deyil.

İnsident biznes mərkəzinin yaxınlığında baş verib. Hadisə yerinə xeyli sayda polis və yanğınsöndürənlər cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.