ABŞ Koreya sahillərinə üçüncü aviadaşıyıcısını yollayıb

28-05-2017, 09:05           
ABŞ Koreya sahillərinə üçüncü aviadaşıyıcısını yollayıb
ABŞ Şimali Koreyanın mümkün hücumlarından Cənubi Koreyanı müdafiə etmək məqsədi ilə üçüncü aviadaşıyıcı hücum qrupunu bölgəyə göndərib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, üçüncü hücum qrupuna “Nimits” aviadaşıyıcı gəmi rəhbərlik edir.

Qeyd edək ki, “Nimits” aviadaşıyıcı Sakit okeanın qərb hissəsində növbə çəkən “Karl Vinson” və “Ronald Reyqan” aviadaşıyıcı gəmilərə qoşulacaq.

Ölkə nəşrləri ABŞ-ın bir bölgəyə üç aviadaşıyıcı göndərməsinin nadir hal olduğunu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.