Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

19-08-2017, 16:13           
Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
Rusiyanın paytaxtının ölkənin şərqinə keçirilməsi təklif olunur.

Trend-in məlumatına görə, Demoqrafiya, Miqrasiya və Regional İnstitutun mütəxəssisi paytaxtın dəyişdirilməsi ilə bağlı təklifləri prezident Vladimir Putinə təqdim edib.

Onun fikrincə, Rusiya əhalisinin böyük əksəriyyəti Moskva və ölkənin qərbindəki böyük şəhərlərdə yaşayır.

O, paytaxtın Ural dağlarından şərqə, Sibir və ya Uzaq Şərq bölgələrinə keçirilməsini irəli sürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.