Donald Trump “sağ əl” siz qaldı – Foto

19-08-2017, 18:30           

ABŞ prezidenti Donald Trump Ağ Evin əsas millətçi (irqçi T.İ.) ideoloqu hesab edilən Steve Bannonu vəzifəsindən azad edib.

“Basta” Газета.Ru-ya istinadən xəbər verir ki, Steve Bannonun işdən çıxarılması Virciniyada baş verən nümayişlərdən sonra baş verib. Məlumatıda deyilir ki, Steve Bannon Ağ Evdə bir o qədər də, güclü fiqur deyildi, o ancaq Trumpun Vaşinqton üzrə mübarizəsini simvollaşdırırdı.Президент США Дональд Трамп и его старший советник Стив Бэннон

Cümə axşamı Ağ Evin sözcüsü Sarah Huckabee Sanders işdən çıxarıldığını, bu günə qədər hökumət üçün xidmətlərinə görə Steve Bannonna təşəkkür edib.

Ağ Evdən CNN-nə verilən məlumata görə artıq uzun zaman idi ki, Bannonun işdən çıxarılması planlaşdırılırdı və bu məsələ iki həftə Ağ Evdə müzakirə olunub.

CNN hesab edir ki, Trumpun millətçi (irqçi -T.İ.) ideologiyasının mərkəzində duran Bannonun işdən çıxarılması artıq Trumpun kainatın mətkəzində dura bilməyəcəyindən xəbər verir.

Öz növbəsində The Washington Post da, Bannonu prezidentin mühavizəkar müdafiəçilərinin əsas simvolu hesab edir.

Xatırladaq ki, həm də, prezident seçkiləri ərəfəsində Steve Bannon özünə məxsus Breitbart News media resusunun köməyi ilə mühafizəkar Amerika xalqı arasında “Alternativ Hüquq” ideologiyasının təbliğatını aparmışdı. Steve Bannon Respublikaçılar partiyasının böyük ideoloqu, baş məsləhətçisidir.
Könül Alı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.