İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 513-ə çatıb
26-11-2018, 06:59
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 513 nəfərə çatıb.
Trend-in məlumatına görə, İranın Kermanşah əyalətində 20-dən artıq təkrar təkanlar qeydə alınıb. Bu gün əyalətdə məktəblər və universitetlər fəaliyyət göstərməyəcək.
Bunda əlavə, İraq Kürdüstanı ərazisində 1 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.
XXX
01:50
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 411 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.
H.Bazvand deyib: "Zəlzələ nəticəsində 411 nəfər xəsarət alıb, onlardan 80 faizinə tibbi yardım göstərilib. Ölənlər haqqında məlumat daxil olmayıb".
XXX
00:40
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə İranın "Fars" agentliyinə təcili yardım xidmətinin rəhbəri Pir Hoseyn Kulivan bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.
XXX
00:33
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 350 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
XXX
00:20
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 260 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
XXX
00:03
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində 210 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.
Qubernator deyib: "Hazırda 3 şəhər üzrə (Gilənqarb, Kasr-e Şirin və Sere-Pole-Zohab) təxminən 210 yaralımız var. Ölənlər barədə məlumat daxil olmayıb".
XXX
22:13
İran-İraq sərhədində 6,3 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 16:37-də qeydə alınan yeraltı təkanların episentri İraqın Bağdad şəhərindən 150 kilometr şimal-şərqdə, İranın Sere-Pole-Zohab şəhərindən isə 37 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.
Məlumata əsasən, zəlzələ nəticəsində İranın Kermanşah əyalətində azı 70 nəfər xəsarət alıb.