“Görməmişəm ki, bizə görə Türkiyədə hansısa səfirliyin qarşısında aksiya keçirsinlər” - Araz Əlizadə yenə "quş buraxdı"...

6-06-2016, 14:31           
“Görməmişəm ki, bizə görə Türkiyədə hansısa səfirliyin qarşısında aksiya keçirsinlər” - Araz Əlizadə yenə "quş buraxdı"...
“Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiya keçirməyə ehtiyac yoxdur”.
Bunu Moderator.az-ın sualına açıqlamasında millət vəkili Araz Əlizadə bildirib. Millət vəkilinin sözlərinə görə, hər kəs öz problemini özü həll etməlidir:
“Azərbaycanın öz problemləri var və biz öz problemlərimizi həll etməliyik. Azərbaycana qarşı sanksiyalar tətəbiq ediləndə, kimsə nə isə edəndə, şahid olmamışam ki, Türkiyədə həmin dövlətin səfirliyinin qarşısında toplaşıb nə isə etsinlər. AŞPA-da sonuncu dəfə səsvermə olanda, Ermənistan əleyhinə qətnamənin qəbul edilməsinə bizə dörd səs çatmadı. Bu səsi ala bilməməyimizə səbəb səsvermə zamanı zalı tərk edən Türkiyə deputatları oldu.
Kimin nə problemi varsa, getsin öz problemini özü həll etsin. Bizim də öz problemlərimiz var, biz də öz problemlərimizi həll edərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.