Bakıda siqaret əməliyyatı

27-05-2017, 13:10           

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BakiPost.az-a bildiriblər ki, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22 180 ədəd aksiz markasız xarici markalı siqaret aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.