Misirdə törədilmiş terrorda ölənlərin sayı 309-a çatıb 28-11-2017, 07:22 Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 309 nəfərə çatıb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Baş prokurorluğunun yaydığı açıqlamada deyilir. Bundan əvvəl 27-si uşaq olmaqla 305 nəfərin öldüyü, 130-a yaxın insanın yaralandığı bildirilirdi. Baş prokurorluğun məlumatına görə, İŞİD tərəfindən təşkil edilən hücumda 25-30 silahlı iştirak edib. Facebook-da paylaş