Bakı İstintaq Təcridxanasının bu gün işdən çıxarılan rəisinə yeni vəzifə verildi
28-11-2017, 22:20
Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərov yeni vəzifəyə təyin edilib.
teref.az-nun apa-ya istinadən məlumatına görə, R. Səfərov Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Bu vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.