İraq OPEK+ sazişinin müddətinin uzadılmasını dəstkələyir
29-11-2017, 08:17
İraqın neft naziri Cəbbar Əl-Laibi neft hasilatının azaldılması barədə (OPEK+) sazişdə iştirak edən neft ölkələrinin noyabrın 30-da bu sazişin müddətinin uzadılması barədə qərarın qəbul edəcəklərini gözləyir.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
"Qərar sabah qəbul edəcək", deyə Əl-Laibi jurnalistlərə bildirib. Onun sölərinə görə, ölkələr hal hazırda sazişin müddətinin uzadılmasının üç variantını müzakirə edir: altı ay, doqquz ay və ya bir il.
O həmçinin qeyd edib ki, İraq bu sazişin müddətinin uzadılmasını dəstəkləyir.