Dənizdə batan miqrantlar akulaların hücumuna məruz qalıb

29-11-2017, 08:49           
Dənizdə batan miqrantlar akulaların hücumuna məruz qalıb
Aralıq dənizində göyərtəsində miqrantların olduğu iki qayığın qəzaya uğraması nəticəsində 31 nəfər ölüb. APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 40-dan çox insan itkin düşüb.

Xilasedicilər cəsədlərin əksəriyyətinin akulalar tərəfindən parçalandığını bildiriblər.

Hadisə yerində miqrantlarla dolu daha bir neçə qayıq aşkarlanıb.

Faciə Şimali Afrika sahillərindən 65 km aralıda baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.