Hindistan polisi 8 uzunqulağı həbs edib. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Jalaun rayonunda baş verib. Həbsə səbəb isə heyvanların həbsxana ərazisinə daxil olaraq, bəzi qiymətli bitkilərə zərər vurması olub. Həbsxana rəhbərliyi bundan təngə gələrək, uzunqulaqları 4 sutka zindanda saxlayıb. Yerli siyasətçilərdən birinin ödədiyi pul müqabilində uzunqulaqlar azad olunub.