Bakıda yüksək vəzifəli məmura qarşı DƏLƏDUZLUQ: 170 min...
29-11-2017, 14:05
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) vəzifəli məmuruna qarşı dələduzluq edilib. Report-un xəbərinə görə, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edərək iki nəfərin ona qarşı 170 min manatlıq dələduzluq etdiyini bildirib. Məsələnin təfərrüatı açıqlanmır. Hazırda fakt üzrə araşdırma aparılır.