Barselonada 120 milyon avro dəyərində heroin partiyası müsadirə edilib

30-11-2017, 00:49           
Barselonada 120 milyon avro dəyərində heroin partiyası müsadirə edilib
İspaniya polisi “qara bazar”da qiyməti 120 milyon avro təşkil edən heroin partiyası müsadirə edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İspaniya daxili işlər naziri Xuan İqnasio Soido bəyan edib.

Nazir bildirib ki, heroinin ümumi çəkisi 330 kiloqramdan artıqdır. Bu, İspaniyaya müsadirə edilən ən iri heroin yüküdür.

“Mundo” qəzetinə görə, narkotik vasitələr Barselona limanında konteynerlərdə saxlanılan sement kisələrdə gizlədilib. Faktla bağlı saxlanılanların olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.