Rusiyada 14 avtomobil toqquşub, xəsarət alanlar var

30-11-2017, 09:13           
Rusiyada 14 avtomobil toqquşub, xəsarət alanlar var
Rusiyanın İrkutsk şəhəri yaxınlığında 14 avtomobil toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

“İrkutsk şəhərindən 2-4 km aralıda 14 nəqliyyat vasitəsinin iştirakı ilə ardıcıl üç yol qəzası qeydə alınıb. Qəza zamanı biri uşaq olmaqla iki nəfər xəsarət alıb. Yaralananların şəxsiyyəti müəyyənləşdirilir”, deyə region üzrə Daxili işlər nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

İlkin versiyaya əsasən, qəzaya buz bağlamış yolda sürət rejiminin pozulması səbəb olub. Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb edilib. İnsidentin səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.