Bakıda daha bir türmə rəisi dəyişdirildi

30-11-2017, 12:13           

Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.

Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib./Report/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.