Amerikalı boksçu Məhəmməd Əlinin ailəsi onun dəfn mərasimi ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, ailə sözçüsü Bob Qannel dünya vətəndaşı olan və həmişə dini, irqi ayrı-seçkiliyə qarşı çıxan Məhəmməd Əlinin dəfn mərasimində bütün insanların iştirak edə biləcəyini deyib.
Qannel cümə günü təşkil olunacaq mərasimə hər kəsi dəvət etdiklərini bildirib.