A Seriyası: Kenan Yıldızın qolu "Yuventus"a 3 xal qazandırdı

13-04-2025, 12:08           
A Seriyası: Kenan Yıldızın qolu "Yuventus"a 3 xal qazandırdı
İtaliya çempionatının 32-ci turunda "Yuventus" və "Leççe" komandalarının qarşılaşdığı oyun başa çatıb.

Oxu.Az xəbər verir ki, Turindəki matçda yerli futbolçular 2:1 hesablı qələbəni bayram ediblər.

"Yuve"nin ikinci qolunu Kənan Yıldız vurub və komandasına 3 xalı qazandırıb.

Bununla da "Qoca sinyora" bu mövsüm qazandığı xalların sayını 59-a çatdıraraq, A Seriyasının turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Leççe" isə 32 matçdan sonra 26 xalla 17-ci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.