Əfqanıstanda “talibançı”ların hücumu zamanı 8 hərbçi öldürülüb, yaralılar var
7-03-2021, 10:37
Əfqanıstanda “Taliban” hərəkatının silahlıları təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum edib. “Report” xəbər verir ki, bu barədə 1 TV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı Balh əyalətində baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı həlak olub. Bununla yanaşı, təhlükəsizlik qüvvələrinin daha 4 əməkdaşı yaralanıb.