Qarabağda erməni könüllülərinə gündə 10 dollar veriləcək
6-06-2016, 13:47
Qondarma “Dağlıq Qarabağ hökuməti” aprel döyüşləri zamanı erməni hərbi birləşmələrinin tərkibinə qatılan könüllüləri həvəsləndirmək üçün onlara günə 10.4 dollar ödəməyə başlayıb. Ödəniş bu gündən başlayaraq ediləcək.
Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, bu pulu ilk növbədə işləməyənlərə, dövlət idarələrində işləyib az əmək haqqı alanlara verəcəklər. Aprel döyüşləri zamanı Ermənistandan əsasən birinci Qarabağ müharibəsinin iştirakçısı ola bir neçə min könüllü erməni birləşmələrinin sıralarına qoşulub. Onların bir qismi hələ də xidmət edir.