Niderlandda şəhər bələdiyyəsi 46 sənət əsərini zibilliyə atdı
Dünən, 15:08
Niderlandın Apeldorn şəhərinin bələdiyyəsi səhvən 46 sənət əsərini, o cümlədən amerikalı rəssam Endi Uorholun hazırladığı kraliça Beatriksin portretini zibilliyə atıb.
BBC xəbər verir ki, Uorhol 80-ci illərin ortalarında kraliçanın portretini ipək üzərində çəkib. Hazırda bu əsər ən azı 15 min avro dəyərində qiymətləndirilir.
Əsər bələdiyyə binasının təmir işləri zamanı zibilliyə atılıb.
Təmir işləri zamanı binanın zirzəmisində anbar yaradılıb və sənət əsərləri ora köçürülüb. Eksponatlar yüksək ehtimalla zirzəmidən zibillə birlikdə çıxarılıb.
İtirilən əsərlər ümumən ən azı 22 min avro dəyərində olub. Araşdırmaçıların fikrincə, onları tapmaq ehtimalı sıfıra yaxındır.