Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edilib
27-05-2017, 22:01
Ermənistanın hüquq-mühafizə orqanları Gürcüstanla sərhəddə yerləşən “Bavra” gömrük məntəqəsinin rəisini rüşvət almaqda ittiham edərək həbs edib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, gömrük rəisi mayın 25-də Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.