Yevlaxda sərxoş kişi öz həmyerlisini qətlə yetirdi
21-03-2018, 10:52
Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.
Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.