“Həyat maddənin (materiyanın) nizamlı və qanunauyğun davranışıdır, o,"

Bu gün, 10:18           
“Həyat maddənin (materiyanın) nizamlı və qanunauyğun davranışıdır, o,"
Ervin Şrödinger (Erwin Schrödinger, 1887-1961) özünün "What is Life?“ adlı kultlaşmış kitabında həyat haqqında dərin fikirlər irəli sürür. 1944-cü ildə çap edilmiş kitabda görkəmli avstriyalı fizik həyatın belə bir gözəl tərifini irəli sürüb:
“Həyat maddənin (materiyanın) nizamlı və qanunauyğun davranışıdır, o, təkcə nizamdan nizamsızlığa keçmə tendensiyasına deyil, qismən də zamanın dəstəklədiyi nizamın varlığına əsaslanır”.
İlk baxışda həyatın klassik (lat. vita) tərifinə görə bir qədər qəlizdir. Ancaq hazırlıqlı və bilikli insan üçün mükəmməldir, musiqidir sanki.
Murakamidəm təsirlənərək bir məqaləmdə “Hər kitabın bir musiqisi var" deyə yazmışdım (bir az lovğalanmaq istədim). Bu cümləmdən yola çıxaraq, məncə, Şrödingerin bu əfsanə kitabını Motsartın 40-cı simfoniyası fonunda oxumaq lazımdır. Təbii ki, əgər o ilahi musiqi sizə kitabı bir tərəfə qaldırmasa…
Taninmış biofizik Finkelşteyn bu kitab haqqında belə yazır:
“Ernest Rezerford deyirdi ki, bütün elmlər ikiyə bölünür – fizikaya və marka toplamağa. O, görünür, nəzərdə tuturdu ki, elmlərin inkişafında faktların təsnif edilməsi, onların toplanması dövrləri və hadisələrin fiziki mənasının tapıldığı dövrlər olur. Beləliklə, Ervin Şrödinger öz kitabında ilk dəfə olaraq göstərdi ki, həyat haqqında elm marka toplamaq deyil, fizika ola bilər”.
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.