Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsində şikayətçi “saxta” çıxdı

27-05-2017, 21:30           

Yaranma tarixi elə də çox olmayan Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi haqqında hansısa saxta imza altında şikayət edənlərin artıq iç üzü açılıb. Cəfəngiyat dolu cızmaqaraları ilə saytlara material ötürənlər haqqında tədbir görülməsini əsas sayan idarənin rəisi Ramiz Quliyev, son nəticəsdə istəyinə nail olub. Elə bu gün müxtəlif saytlara ötürülən yazı materiallarından biri də “Zərnişan Orucova” adlı saxtakara mənsub olub. Ramiz Quliyev haqqında yazılanlara reaksiya olaraq Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova da ərizə hazırlayıb. Araşdırmalar göstərib ki, regionun rəisindən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə şikayət edən Zərnişan Orucova adlı şəxs yoxdur. Nəinki regionda xidmətçi vəzifəsində bu adda çalışan, heç Ağstafanın və Qazaxın qeydiyyatında da belə adam yoxdur. Görünür regiona gəldiyi gündən dövlət büdcəsinə qənaət edən, özünə və tabeçiliyindəkilərə hədsiz diqqətli olan, rəisi olduğu 3 rayonun mədəniyyətinin inkişafında az müddət ərzində çox işlər görən Ramiz Quliyev kimlərəsə sərf etmir...
Lakin boş-boş yazılan bu dedi-qodulara Ramiz Quliyev fikir vermək iqtidarında da deyil. Sadəcə bəzi Azərbaycan mətbuatında və saytlarda millətin əsəbləri ilə oynayan, dəlil-sübut olmadan ağızına gələni yazanlar haqqında narahatdır. Necə olur ki, Prezident cənab İlham Əliyev hər an, hər dəqiqə millətinin qayğısına qaldığı, Azərbaycan mədəniyyətinin inkişafı üçün gecəni gündüzə qatdığı halda bunu görən gözlər olmasın?
Yəqin ki, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev haqqında redaksiyalara əsassız, düşünülməmiş yazılar ötürənlər, eyni zamanda onu araşdırmadan dərc edən saytlar da qanun qarşısında cavab verməli olacaqlar.
İlham
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.