Sarkozinin partiyasının rəhbəri onun tutulmasını alçaldıcı adlandırıb
21-03-2018, 10:10
Fransanın "Respublikaçılar" partiyasının sədri Loran Vokye qurumun keçmiş rəhbəri və ölkənin sabiq prezidenti Nikolya Sarkozinin saxlanılmasını "mənasız və alçaldıcı" adlandırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o öz "Twitter" əkkauntunda yazıb.
"İşin mahiyyətinə görə ədliyyəyə güvənirəm. Ancaq şəklinə görə –respublikanın keçmiş prezidenti Nikolya Sarkozinin 10 saatdan çoxdur saxlanıldığını necə başa düşək. Alçaldıcı və mənasız bir şeydir", - deyə Vokye bildirib.