AĞDAMLI KÖÇKÜNLƏRƏ QARŞI AYRI-SEÇKİLİK
3-06-2016, 12:37
MÜƏLLİMLƏRİN DONDURULMUŞ ƏMƏK HAQQI 6-CI AYDIR VERİLMİR
“Büdcədən maliyyələşən müəssisələrdə,təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 10 may 1994 tarixli 181 saylı Qərarının 2-ci hissəsi əsasında orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin edilən pensiya yaşına çatmamış məcburi köçkünlərə ödənişlərin verilməsi NK-nın 17.03.2016 tarixli 132 saylı Qərarı ilə 2017-ci ilin yanvarın 1-ə kimi uzadılıb.Lakin 5 ay keçsə də Ağdamdan olan məcburi köçkün müəllimlər hələ də orta aylıq əmək haqlarını ala bilməyiblər.Əldə etdiyimiz bilgiyə görə digər rayonlardan olan məcburi köçkünlər bu ödənişi aybaay alıblar.Bu sətirlərin yazarının Qubadlıdan olan tələbə yoldaşı 5 ayın pulunu aldığını,Ağdamdan olan tələbə yoldaşı isə ödənişin kəsildiyini bildirirb.Ağdam müəllimlərinə belə ilgi,görəsən nədən qaynaqlanır?Yəni büdcədən yalnız Ağdam rayonunamı sözügedən əmək haqqı vəsaiti ayrılmır?Yoxsa,Təhsil Nazirliyi,ya Qaçqınkom,icra hakimiyyətləri ayrı-seçkilik edir?Yəqin bu sualllara aydınlıq gətirilər...
MƏĞRUR BƏDƏLSOY
\Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az