ƏLİLLƏRİN TƏHSİL HÜQUQUNA QADAĞA TƏHSİL NAZİRLİYİ QARABAĞ ƏLİLİNİ NAXÇIVANA ÜNVANLAYIB
3-06-2016, 12:40
Təhsil hüququ konstitusiyanın 42-ci maddəsilə təsbit olunan əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır.Lakin başqa hüquq və azadlıqlar kimi vətəndaşların bu hüququ da kağız üzərində,sözdədir.Dövlət konstitusiyada yazıldığı kimi nəinki bu hüquq təmin edir,əksinə çeşidli yollarla əngəlləyir.Əlillərə gəldikdə,onların hətta evdə təhsil alması qanunla təsbit olunsa da,bu qanun da korrupsiyanın güdazına gedir.
Baki Dövlət Universitetində(BDU) əlavə hüquq təhsili almaq istəyən 1-ci qrup DİN-in Qarabağ əlilinin istəyinə illərdir cavab verilmədiyindən,əlil ali hakimiyyət orqanlarına şikayət etmək zorunda qalır.Keçən il BDU-dan Sani Hacıyev adlı əməkdaş vətəndaşı çağırıb,gələn il (yəni bu il-red.)sənədlərini qəbul edəcəyini bildirirb.Lakin yenə də təhsil hüququnun tanınmamasından ali dövlət hakimiyyəti orqanlarına,baş prokurora edilən şikayətlərə cavab olaraq Təhsil Nazirliyi BDU-nun bu il elan vermədiyini(??),Naxçıvan Dövlət Universitetinə (NDU) müraciət etməyi diqqətə çatdırıb.Maraqlıdır,BDU elan verməyibsə,burada hüquq fakültəsində əlavə təhsil alanlar bəs necə seçilir?Özü də,yalnız hüquq diplomuna görə əlavə təhsilin bu fakültədə “alınması” gizlin deyil.Digər maraqlı hal NDU-da ayrıca hüquq fakültəsinin olmaması və əlilin elektron müraciətinə də heç bir cavab verilməməsidir.Belə çıxır,Təhsil Nazirliyi vətəndaşı qara otaqda olmayan qara pişiyi tapmağa yollayır?Ən maraqlısı isə Naxçıvan Ali Məclisinin sədrinin 1998-ci ildə BDU-da hüquq təhsili almasıdır.Bu necə olur,əlili Naxçıvana,Naxçıvan rəhbərini Bakıya təhsil almağa göndərirlər?
Təhsil hüquqna qadağanın kökündə rüşvət dayanır.Bir neçə il qabaq BDU-nun hüquq professorunun “qəbul” korrupsiyasına görə dustaq edilməsi də bu fikri gücləndirir.Onu da deyək ki,əlavə təhsilə qəbul imtahansız həyata keçirilir və müharibə əlilləri prezident fərmanına görə təhsil haqqını ödəməkdən azaddırlar.Amma təhsil almağa qoyurlar ki,haqqdan da azad olasan?Əlil-vətəndaşın müraciətinə Ali Diplomatik Akademiyadan və özəl universitetlərdən(Xəzər Universiteti) də cavab gəlməyib.Bircə qalır xaricə üz tutasan.Hüquq diplomuna 40 min dollar tələb olunan ölkədə təhsilə belə qadağa qoyulubsa,xaricdə uzağı 5-6 min dollarlıq təhsil haqqı ödəməklə diplom almaq nə çətin işdir?!
PA rəhbəri də bilikli hüquqçu axtarışındadır...
MƏĞRUR BƏDƏLSOY
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az