5 qurumun imzaladığı memorandum ekosistemə nə verəcək ?

5-12-2023, 08:43           
5 qurumun imzaladığı memorandum ekosistemə nə verəcək ?
SAMMİT bizim yerli ekosistem problemlərimizi həll edəcəkmi ?
Ötən həftə “InMerge Innovation Summit”ində diqqət çəkən bir hadisə baş verdi.
4SİM, İRİA, SOCAR, TİF və Paşa Holding innovasiya və ekosistemin inkişafı üçün Anlaşma memorandumu imzaladılar.
Nazirlər Emin Əmrullayev və Rəşad Nəbiyev , nazir müavini Elnur Əliyev, SOCAR prezidenti Rövşən Nəcəf , "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov bu imzalama mərasimində iştirak edirdilər.
Maraqlıdır ki, imzalama mərasimindən dərhal sonra SABAH.HUB rəsmiləri bildirib ki, bu memorandum əsas təşəbbüsçüsü və idarəedicisi elə SABAH.HUB-dır.
Yəni açıqlanan məlumatlardan da belə anlaşılır ki, memoranduma imza atan 5 qurum bütün səylərini SABAH.HUB-ın inkişafına, onun startaplarının dəstəklənməsinə, qurumun həyata keçirdiyi tədbirlərinin keçirilməsinə yönəldəcəklər.
Çox maraqlı gəldi mənə bu Anlaşma.
Əslində belə bir addım ekosistemin inkişafı baxımından çox əhəmiyyətli və diqqət cəlb edəndir.
Amma həm də imzalamada iştirak edən qurumlar arasında mövcud maraq toqquşmaları və müəyyən, yumşaq desək, fikir ayrılıqları da olduğunu nəzərə alsaq birgə effektiv fəaliyyətlə bağlı risklər də qaçılmaz ola bilər .
Fikrimcə RİNN, İRİA və digər əlaqəli qurumlar həm də yalnız bir qurumum dəstəklənməsinə yox, bu sektorda daha rəqabətli mühit formalaşdırmağa diqqət yetirməlidir.
Yeri gəlmişkən, innovasiya və ekosistemlə bağlı bizim ciddi problemlərimiz də var.
Paşa Holding-in təşkil etdiyi həmin SAMMİT yerli və beynəlxalq maraqlı tərəflərin iştirakı, təcrübə mübadiləsi, əlaqələrin qurulması, ekosistemimizin tanıtımı baxımından faydalı bir platforma olsa da bizim yerli problemlərimizin həllindən çox uzaqdır.
Məhz bu baxımdan SABAH.HUB-ın müxtəlif istiqamətli, böyük resurslara malik 5 qurumun səylərini yerli ekosistemin problemlərinin həllinə yönəltməklə bağlı təşəbbüsü çox təqdirəlayiqdir.
Ümid edirəm bu anlaşma uğurlu və faydalı olacaq.
Eyni zamanda düşünürəm ki, faydalı tədbirləri ilə yadda qalan, daha çox dövlət resurslarına söykənən SABAH.HUB-ın şəffaflığı gücləndirməsi, dəstəklənən və investisiya alan öz startapları haqqında məlumatları açıqlaması, xüsusən də lokal problemlərin həllinə yönəlik tədbirlərə üstünlük verməsi doğru və faydalı olardı.
Yeri gəlmişkən, ekosistemin digər 2 əsas qurumunun, KOBİA və ASAN-nın bu Anlaşmaya qatılmaması da diqqət çəkəndir.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.