Azərbaycan Respublikasında əlil və ya əmək qabiliyyətini itirmiş şəxslərin əmək fəaliyyəti necə tənzimlənir ?

Bu gün, 10:24           
Azərbaycan Respublikasında əlil və ya əmək qabiliyyətini itirmiş şəxslərin əmək fəaliyyəti necə tənzimlənir ?
Azərbaycan Respublikasında-əlil və ya əmək qabiliyyətini itirmiş şəxslərin əmək fəaliyyəti necə tənzimlənir ?
1. Əmək qabiliyyətinin itirilməsi-Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Komissiyaları tərəfindən həyata keçirilir.
2.Eyni zamanda şəxsin - əmək qabiliyyətinin olun və ya olmaması halı da TSEK tərəfindən müəyyən olunur.
3. Qanunvericiliyə və praktikaya əsasən bu şəxslərin əmək qabiliyyətinin itirilməsi və ya olmsması aşağıdakı qaydada təyin olunur:
4. Birinci halda: şəxsin "Əmək qabiliyyətinin olmaması" barədə TSEK tərəfindən müvafiq qərar qəbul edilir ki,həmin şəxslərində əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Bu barədə qərar olan işçini işə qəbul edənvə ya işlədən işəgötürənlər məsuliyyət daşıyır. Əgər işçi bu barədə olan qərarı gizlətmişsə, məlum olan gündən işçiişə buraxılmamalı və əmək müqaviləsi ləğv edilməlidir. Eyni zamanda həmin şəxsin işləməsi həm də onun həyatı və ya sağlamlığı üçün də təhlükəlidir.
5. İkinci halda: TSEK tərəfindən "Yüngül işdə işləyə bilər" kimi qərar qəbul edilir. Bu halda həmin işçi, onin razılığı və tibbi rəyə uyğun uyğun olaraq yüngül işlə təmin olunmalıdır.
Bir çox hallarda işəgötürənlər və ya vəzifəli şəxsıər belə bir bəhanə gətirirlər ki, bizim müəssisədə yüngül iş yoxdur. Lakin, qeyd olunan bu hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulur, yerinə yetirilməsi məcburidir, yəni imperativ norma hesab olunur. Əgır, müəssisədə yüngül işyeri olmasa belə, işəgötürən onu bu işlə təmin etməyə borcludur
6. Üçüncü halda: TSEK tərəfindən "Oturaq işdə işləyə bilər" kimi qərar qəbul edilir. Bu halda həmin işçi, onin razılığı və tibbi rəyə uyğun uyğun olaraq oturaq işlə təmin olunmalıdlr.Bu işlərə daha çox:mühasib, kadr ekoloq, dəftərxana, arxiv, tabelçi və s. oturaq işlər aid ola bilər.
7. TSEK tərəfindən "Yüngül işdə işləyə bilər" və ya "Oturaq işdə işləyə bilər"kimi qərar qəbul edilib, lakin müəssisə müəyyən edə bilmir, işçinin işlədiyi vəzifə və ya peşə bu qərara uyğundurmu? Əgər işəgötürən bunu müəyyən edı bilmirsə, bu halda yazılı olaraq TSEK-ə müraciət etməli, işçinin əmək vəzifə bə funksiyalarını, iş şəraitini göstərməklə bu qurumdan bu barədə rəy almalıdır.
8. Əlillərin işləməsi - ən həssas və humanist əmək münasibətidir. Bu barədə Azərbaycan Respublikası əmək qanunvericiliyini pozan vəzifəli şəxslər müvafiq qaydada: intizam, maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.