Yaxşı, bu 1 mlrd. manatı yeni terminlər işlədərək nəyə, və ya, niyə xərcləyəcəksiz?!
Bu gün, 10:44
Maliyyə Naziri hörmətli Samir Şərifov Milli Məclisdə bəyan edib ki, 2025-ci ildə ölkədə ilk dəfə “yaşıl büdcə” xərcləri olacaq sitat: “2025-ci ildə bu (“yaşıl büdcə” xərcləri) istiqaməti üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək”.
Müəllim, qurtarın da bu komediyanı, 300 mln. ətraf mühitin qorunmasına xərclənəcəksə, eyvallah, olsun, ekoloji problemlər mütləq həllini tapmalıdır. Bu addımların nədən ibarət olduğunu da elan etsəniz, biz-vətəndaşlar da kömək etməyə hazırıq.
Yaxşı, bu 1 mlrd. manatı yeni terminlər işlədərək nəyə, və ya, niyə xərcləyəcəksiz?! İqlim dəyişikliyinə qarşı adaptasiya və mitiqasiya tədbirləri dedikdə nəyi nəzərdə tutursuz?! Hanı o tədbirlərin planı-proqramı, addımları?! 2025-ci ildə, 365 gündə bu sahədə 1 mlrd. manata nə addımlar atılacaq, kim, nəyə və necə adaptasiya olacaq?! Bu sulların cavabı varmı, yoxsa yeni "dəb", özü də gündəmdən düşən mövzular adı altında “yaşıl korrupsiya” elementləri yaranır?!
Ölkədə hər ikinci uşağa ayda 100 manat ödəmək üçün ilə 1 mlrd. manat lazımdır – bəlkə elə o vəsaiti uşaq pulunun verilməsinə adaptasiya edək, bəlkə bu problemi mitiqasiya edib gündəmdən çıxaraq, nə deyirsiz?!
Natig Cəfərli
TEREF