Xəzər rayon İcra Hakimiyyətinin tabeliyində olan Xəzər rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi son bir ildə 6 tender keçirib.
Tribunainfo.az xəbər verir ki, bu tenderlər üzrə toplam 1 milyon 301 min 709 manat pul sərf olunub. Sonuncu belə tender isə bu günlərdə müxtəlif yaş qrupların istifadəsi üçün nəzərdə tutulan oyun meydançalarının qurulmasının satın alınması məqsədi ilə reallaşdırılıb. Belə ki, MKTB “EVEREST-2022” MMC ilə işlərin görülməsi üçün 243 min 109 min manata anlaşıb. Yollarda aparılacaq təmir işlərinin satın alınması Qeyd edək ki, MKTB-nin ən bahalı tenderi ötən il qeydə alınıb. Belə ki, “KONEKS CONSTRUCTİON” MMC ilə yolların təmir işlərinin həyata keçirilməsi üçün 595 min 280 manatlıq müqavilə imzalanıb.