Azərbaycan ötən il Ukraynadan 222 ton tomat şirəsi idxal edib
21-03-2018, 10:12
2017-ci ildə Azərbaycan Ukraynadan dəyəri 78 min dollar olan 222 ton həcmində tomat şirəsi idxal edib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyi məlumat yayıb.
Ukrayna ötən il xarici bazarlara 2,48 milyon dollar dəyərində 6,3 min ton tomat şirəsi ixrac edib ki, bu da 2016-cı ilə nisbətdə 24% çoxdur. Bu məhsulun təqribən yarısı isə Belarusa göndərilib (3,15 min ton və ya 1,1 mln. dollar məbləğində).
2017-ci ildə Ukrayna tomat şirəsinin ən çox alıcılarının siyahısı: