"Bu şəhərdə"nin Müşviqinin əlindən alınmış evi ilə bağlı son qərar verildi - VİDEO

26-11-2019, 11:01           
"Bu şəhərdə"nin Müşviqinin əlindən alınmış evi ilə bağlı son qərar verildi - VİDEO
"Bu şəhərdə" komandasının senaristi Müşviq Abbasovun evi əlindən alınmaya bilər.

Dünən baş tutan məhkəmədə evinin əlindən alınması ilə bağlı çıxarılan məhkəmə qərarı qismən ləğv edilib.

M.Abbasov bu barədə özü məlumat verib:

"Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv edib. Bununla da məni vicdanlı alıcı kimi tanınmağım təmin edildi və dövlətin (əmlak komitəsi, 5 saylı notarius) mənə verdiyi sənədləri hüquqi tanıyaraq işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə yönəltdi.
Var olsun ədalətli qərar çıxaran, vicdanlı hakimlər. Allah hamımızı mərdimazardan qorusun!"

M.Abbasovun ev məsələsinin təfərrüatları ilə aşağıda təqdim etdiyimiz videoda tanış ola bilərsiz:

yeniavaz.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.