"Hələ başqa dəhşətlərdən danışmıram..." - Abbas

3-06-2016, 11:56           

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədən uzaqlaşıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda İnstaqram səhifəsində yazıb. O, bildirib ki, sosial şəbəkələr onun vaxtını alır:

“Sosial şəbəkəni dəyərli vaxtımın boşa getməsi kimi qəbul edirəm. Ona görə də 1 ay, bəlkə də çox heç bir sosial şəbəkədən istifadə etməyəcəm. Özümə inanıram və güvənirəm. Çünki bugünə kimi çox nəticələr gördüm. İyunun 1-dən iyulun 1-nə kimi sosial şəbəkələrdən istirahət edəcəm.

Belə daha yaxşı olacaq. Siz də edin və görün ki, bu sosial həyat nə qədər pisliklər edir. Elə dünyadakı müharibənin də ilk səbəbkarı sosial şəbəkədir. Hələ başqa dəhşətlərdən danışmıram.

Yəqin ki, məni anlayacaqsınız, xahiş edirəm mənə heç bir mesaj yazmayın. Çünki yazdıqlarınızı oxumuram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.