Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ

19-08-2017, 11:52           

Əfqanıstanlı müğənni Aryana Seyid 19 avqustda keçiriləcək Əfqanıstanın Müstəqillik Günü konsert proqramında çıxış edəcək. Lakin bundan heç də hər kəs məmnun deyil.
Qadın hüquqları ilə bağlı təşviqat aparan Aryana feysbukda səkkiz dəqiqəlik video paylaşıb.
Videoya həm qəzəb, həm də dəstək nümayiş olunub. Bəziləri onu təhqir edib və konsert vaxtı "partlayış" törətməklə hədələyiblər. Bu barədə məlumatı Metbuat.az saytı yayıb.
Qeyd edək ki, müğənni kliplərində açıq-saçıq geyinməkdən çəkinmir. Erotik hərəkətləriylə diqqət çəkir. Onun əvvəlki konsertindən olan parçanı təqdim edirik.
[media=https://www.youtube.com/watch?time_continue=56&v=LOId5jG6WRc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.