Suriyada aparılan “Sülh çeşməsi” antiterror əməliyyatı nəticəsində bu günə qədər 2 mindən çox mina və bomba zərərsizləşdirilib. Muxalifet.az xəbər verir ki,bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Tel-Abyadda terrorçulardan aviasiya əleyhinə 11 qurğu götürülüb. Ras əl-Eyndə isə PKK/YPG terror təşkilatlarına məxsus silah təmiri sexindən 683 raket gilizi və 93 ədəd bomba üçün nəzərdə tutulan qab ələ keçirilib. Bundan başqa, İraqın şimalında həyata keçirilən “Pəncə-1” və “Pəncə-2” antiterror əməliyyatlarında 90 terrorçu məhv edilib.