Qazaxıstanın Aktoba şəhərində atışma gedir: əhali kütləvi evakuasiya edilir

5-06-2016, 18:35           
Qazaxıstanın Aktoba şəhərində atışma gedir: əhali kütləvi evakuasiya edilir
Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.

teref.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın “Diapazon” nəşri məlumat yayıb.

Şahidlər qəzetə bildiriblər ki, atışma bu gün saat 13 radələrində başlayıb. Əvvəlcə soyğunçular Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər.

Atışma zamanı 2 nəfər xəsarət alıb. Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir.

Qəzet yazır ki, hazırda şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.