SON DƏQİQƏ: Türkiyə növbədənkənar seçkilərə gedir? - Ərdoğan AÇIQLADI
21-03-2018, 10:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Muxalifet.az xəbər verir ki, dövlət başçısı seçkilərin 2019-cu ilin mart və yaxud noyabr aylarında baş tutacağını vurğulayıb. Qeyd edək ki, mediada Türkiyədə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin daha erkən keçirilə biləcəyi iddia edilmişdi.