Türk ordusu Afrində kimyəvi silahdan istifadə edib?

21-03-2018, 12:14           

Türkiyə Silahlı Qüvvələrinin Afrində kimyəvi silahlardan istifadə etməsi ilə bağlı irəli sürülən ittihamlar təsdiqini tapmadı.

Bu sözləri Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının direktoru Əhməd Üzümçü deyib.

“Bu yöndə iddialar var idi. Daha sonra əməkdaşlarımız yoxlanışlara başladı. Lakin tədqiqatlar üçün ciddi əsaslar tapılmadı”, - deyə Üzümçü bildirib.

Qeyd edək ki, Suriya dövlət agentliyi SANA-nın müxbiri Coan Məhəmməd türk ordusunun Afrində kimyəvi silahdan istifadə etməsi nəticəsində 6 nəfərin öldüyünü iddia etmişdi./axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.