Ərdoğan yenidən AKP-nin sədri seçilib- Qurultay başa çatdı
18-08-2018, 20:47
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.
Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, avqustun 18-də partiyanın Ankarada keçirilən növbədənkənar VI qurultayında partiya sədrinin seçkisi yekunlaşıb.
Seçkinin yekunlarına əsasən, qeydə alınmış 1457 nümayəndədən 1381-i səsvermədə iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərdən 1380-nin (1 səs etibarsız sayılıb) hamısını alaraq yenidən AKP sədri seçildiyi bildirilir.