“Bizi öldürməklə, qızımın başını kəsməklə hədələyirdi”

5-03-2019, 17:06           
“Bizi öldürməklə, qızımın başını kəsməklə hədələyirdi”
Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə şahidlər dindirilib.

Zərərçəkmiş Bəhruz Dilbazinin həyat yoldaşı Firəngiz Yusifova ifadə verərək hadisənin onun gözü qarşısında baş verdiyini deyib:

“Ehram əyilib nəsə götürdü, sonra Bəhruzu döyməyə başladı. Barmaqlarında üzüyə oxşar nəsə var idi. Ondan əvvəl də bizi öldürməklə, qızımın başını kəsməklə hədələyirdi”.

Daha sonra Ehram Məcidovun 12 və 9 yaşlı övladları ifadə verib. Onlar atalarını sevmədiklərini deyiblər: “Biz ondan qorxuruq, o, anamı sevmirdi və ona bıçaq çəkmişdi. Babamı döyəndə də mən orada idim.

Qeyd edək ki, E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.