İran hökuməti güneyli gənci arvadından boşatmaq istəyir: Hökm çıxarıldı - FOTO

1-05-2024, 16:35           
İran hökuməti güneyli gənci arvadından boşatmaq istəyir:
Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamını əsas gətirərək Sulduz (Nəqəde) şəhərində yaşayan vətəndaş cəmiyyəti fəalı və keçmiş siyasi məhbus Səccad Şəhirini həyat yoldaşından boşanmağa məhkum edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Vətəndaş cəmiyyəti ona ittiham ataraq həyat yoldaşından boşanmağa məcbur etdi”, - deyə güneyli jurnalist Pərviz Yari siyasi məhbusa qarşı çıxarılan bu qərar haqqında bildirib.
Qeyd edilib ki, Səccad Şəhiri 2018-ci ilin dekabrında həbs olunub. 2019-cu ilin fevralında isə sözügedən məhkəmə tərəfindən altı ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, bu qərarın çıxarılması İran hökuməti tərəfindən insanlara qarşı repressiyaların görünməmiş şəkildə artması sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru