Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI

1-05-2024, 16:24           
Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI
Bakıda və bölgələrdə havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri və restoranların adları açıqlanıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza”, “Üzeyir”, “Xudafərin”, “Neolit City”, “Şahənşah”, “Qaynana”, “Old Manqal”, “Salam Baku”, “Muğam Klub”, “Səhər Mehi”, “Nanə Pub”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat”, “Romanse”, “Veqas”, “Tərlan”, ”Orman”, Gəncə şəhərində fəaliyyət göstərən “Tural”, “Kəhraba”, “Söyüdlük”, Göygöl rayonunda fəaliyyət göstərən “Münasib”, Samux rayonunda fəaliyyət göstərən “Çıraq Plaza” ictimai iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı qeyd olunan obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru