Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

2-05-2024, 00:04           
Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq
Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 3 milyon 390 min manat olub.

Elm və Təhsil Nazirliyi “Yeni dərslik və metodik vəsaitlərin hazırlanması” üçün 1 milyon 720 min manat, “Peşə təhsili üzrə dərsliklərin hazırlanması” üçün 1 milyon 60 min manat, “Cambridge University Press” nəşriyyatının 5-ci və 6-cı siniflər üçün “Game Changer” adlı ingilis dili dərsliyi və müəllim vəsaitinin qeyri-müstəsna istifadə hüquqlarının alınması” üçün isə 610 min manat ödəniləcək.

Məlumat üçün bildirək ki, “Edumedia-Azərbaycan” MMC 13 yanvar 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 60 manat olan MMC Nəsimi rayonu, 20 Yanvar, ev 19B, m. 29 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abasov Orxan Rafiz oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru