III Çarlz dövlət işlərinə qayıdıb

1-05-2024, 15:54           
III Çarlz dövlət işlərinə qayıdıb
Böyük Britaniya kralı III Çarlz xərçəng xəstəliyindən müalicə olunduqdan sonra dövlət işlərinə qayıdıb.

Bu barədə dövlət başçısının aparatının yaydığı məlumatda bildirilib.

III Çarlz və həyat yoldaşı Kraliça Kamilla London Universitet Kollecinin ərazisində yerləşən “Makmillan” Xərçəng Mərkəzinə baş çəkiblər, burada xəstələr və işçilərlə görüşüblər.
Qeyd edək ki, yanvarın 26-da III Çarlz prostatın böyüməsi səbəbindən əməliyyat keçirib. Bu prosedur zamanı Əlahəzrətə xərçəng diaqnozu qoyulub və bu barədə Bukingem sarayı fevralın əvvəlində elan edib. Kral ictimai vəzifələrdən uzaqlaşıb, lakin işləməyə davam edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru