Paytaxtın rayonlarinda Novruz şənlikləri

22-03-2019, 12:38           
Paytaxtın rayonlarinda Novruz şənlikləri
Teref.az - Xalqımızın ən əziz bayrami olan Novruz bayramı paytaxt Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılmışdır.
Əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bütün qəsəbə və yaşayış məntəqələrində də bayram tədbirləri keçirilir. Həmçinin əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları çatdırılması üçün yarmarkalar təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində paytaxtın Suraxanı rayonunda və rayonun qəsəbələrində bayram şənlikləri geniş miqyasda keçirilmışdir.
Ilk növbədə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir. “Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdür.
20-21 mart tarixlərində bayram tədbirləri rayonun Bülbülə, Əmircan, Qaraçuxur, Hövsan, Zığ, Yeni Suraxanı qəsəbələrində davam etdirilmişdir.
Bayram tədbirlərində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərilmiş, rəngarəng konsert proqramı ilə çıxış etmişlər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa emiş, milli musiqinin sədaları altında rəqs etmişlər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd edirlər. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub.
Tədbirlərdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, çoxsaylı xarici və yerli qonaqlarla yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.